"Bu irəliləyiş prezident Trampın şəxsi iştirakı və sülhə qətiyyətli sədaqəti olmadan alınmazdı. Sülh sazişinin imzalanması ölkələrimiz arasında uzun illər davam edən münaqişənin başa çatmasına yol açacaq və yeni bir dövrün başlanğıcı olacaq", – Ermənistanın baş naziri N.Paşinyan deyib. O vurğulayıb ki, regionda kommunikasiya kanallarının açılmasını nəzərdə tutan saziş suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsiplərinə əsaslanır.
Tramp Əliyevdən neçə il hakimiyyətdə olduğunu soruşub. "22 il" cavabını eşidəndə "bu o deməkdir ki, o, sərt və ağıllıdır" söyləyib.
D.Tramp "Zəngəzur dəhlizi"nin Ermənistandan keçən hissəsinin 99 illiyə Birləşmiş Ştatlara verilməsi ilə bağlı saziş imzalandığını bildirib. "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) adlanacaq bu yol Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək.
D.Tramp Azərbaycana hərbi yardıma qadağanın da qaldırıldığını deyib. Prezident Əliyev buna görə Trampa təşəkkürünü bildirib.
""907-ci düzəliş" 33 ildən sonra bu gün ləğv olundu", - İ.Əliyev deyib.
"Daha müharibə olmayacaq. Övladlarımız öldürülməyəcək. Yollar ayrılmayacaq, açılacaq. Regionda bütün yollar və sərhədlər açılacaq". Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Facebook səhifəsində yazıb.