Donald Tramp jurnalistlərin erməni məhbuslarla bağlı suallarını cavabsız qoyub.
Ermənistan Qarabağdakı keçmiş separatçı rejimin təmsilçiləri də daxil olmaqla Bakıda saxlanan ermənistanlıları "siyasi məhbus" adlandırır, onlara azadlıq tələb edir. Hazırda keçmiş separatçı rejim təmsilçiləri bir sıra ittihamlarla mühakimə olunurlar.
Vaşinqtonda yerləşən "Freedom Now" insan haqları qrupu Tramp administrasiyasını Əliyevlə görüş imkanından yararlanaraq "geniş yayılmış insan haqları pozuntuları" barədə narahatlığını bildirməyə, 375 siyasi məhbusa azadlıq tələb etməyə çağırıb.
Ağ evin qarşısında etiraz aksiyası
Ağ evin qarşısında bir qrup azərbaycanlı fəal etiraz aksiyası keçirir. Onlar sülh sazişini dəstəklədiklərini bildirirlər. Amma Azərbaycanda siyasi məhbus sayılan şəxslərə də azadlıq tələb edirlər. Etirazçılar həbsdəki jurnalistlərin, fəalların fotoları yer alan plakatlar qaldırıblar.
Hüquq müdafiəçiləri hazırda ölkədə azı 370 siyasi məhbusun olduğunu desə də, hakimiyyət bunu rədd edir, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldıqlarını bildirir.
Beynəlxalq inşan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırıb.
Azərbaycan prezidenti İlham Əliyev də Ağ evə gəlib. D.Tramp deyib ki, Azərbaycanla Ermənistanın davamlı sülhə nail olacağından "çox əmindir".