Keçid linkləri

2025, 11 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:38

Media: Bakı Ukraynaya silah tədarükünə embarqonu ləğv edə bilər


V.Zelenski və İ.Əliyev
V.Zelenski və İ.Əliyev

Azərbaycanda hakimiyyətə yaxın bəzi Teleqram kanalları isə yazıblar ki, Rusiya Ukraynada Azərbaycana bağlı əlaqəli enerji obyektlərinə hücumları davam edərsə, Kiyevə silah göndərilməsinə qadağa qaldırıla bilər.

Rusiyanın "Военкор Котенок" Teleqram kanalı yazıb ki, "bir sıra mənbələrə görə, Bakı artıq Ukraynaya göndərilməsi üçün 122 mm və 155 mm-lik artilleriya mərmilərinin istehsalına başlayıb, istənilən halda, qərar artıq verilib".

Bundan əvvəl prezident Əliyev Ukraynaya işğal ilə barışmamağı tövsiyə etmişdi.

Rusiya ilə Azərbaycan arasında gərginlik ötən ilin dekabrında AZAL sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bəri davam edir. Bakı bu hadisəyə görə məsuliyyəti Rusiyanın üzərinə qoyur. Kreml isə bu insidentdə məsuliyyətini qəbul etmir.

İyunun 27-də Yekaterinburqda azərbaycanlı diaspor nümayəndələrinin saxlanılması, iki nəfərin ölümündən sonra Bakıda təxminən 20-yə yaxın Rusiya vətəndaşı, o cümlədən Kremlin nəzarətində olan "Sputnik Azərbaycan" agentliyinin əməkdaşları həbs edilib. Onlardan bəzilərinə narkotik qaçaqmalçılığı və kiberdələduzluq ittihamları irəli sürülüb. "Sputnik Azərbaycan"ın lisenziyası fevralda ləğv olunmuşdu.

Azərbaycan Ukraynaya yardımlara davam edəcək

Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Energetika Nazirliyinə vəsait ayrılacaq.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, son illərdə yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Ukrayna xalqına bir neçə dəfə humanitar yardım göndərib. Sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Prezidentinin ehtiyat fondundan Energetika Nazirliyinə 2 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılacaq.

Əliyevlə Zelenski Rusiyanın Ukraynada SOCAR-ın neft anbarını vurmasını pisləyiblər

Azərbaycan və Ukrayna liderləri Rusiyanın Ukraynada SOCAR-ın neft anbarını vurmasını pisləyiblər.

Avqustun 10-da Ukrayna prezidenti Volodimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

AZƏRTAC-ın xəbərində deyilir ki, tərəflər Ukraynada Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiyanın məqsədyönlü hava zərbələrini pisləyiblər. Bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Avqustun 8-də axşam Rusiya "Şahed" dronları ilə Azərbaycanın SOCAR neft şirkətinin Odessadakı neft bazasına hücum edib. Yanğın baş verib, dizel yanacağı kəməri zədələnib. Dörd işçinin ciddi xəsarətlər aldığı bildirilir.

Avqustun 6-da isə Rusiya dronları Odessa vilayətində kompressor stansiyasına hücum edib.

İyulda Ukraynanın "Naftoqaz Ukrainı" milli səhmdar cəmiyyəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb.

Xatırlatma

3 il əvvəl, fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 9 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Amma Azərbaycan bu sanksiyalara qoşulmur. Bununla

XS
SM
MD
LG